image-n1karobka_ads
image-123
image-depositphotos_5204161_l-2015-pic_32ratio_900x600-900x600-54292backend

Belarusda qeyri-ənənəvi münasibətlərin nümayişi pornoqrafiyaya bərabər tutulur

image-ad_qayo_720x110px

Belarusda qeyri-ənənəvi cinsi əlaqənin nümayişi pornoqrafiyaya bərabər tutulur.

Bu barədə Respublika Mədəniyyət Nazirliyinin milli hüquqi internet portalında dərc olunan sərəncamında deyilir.

Sənədə əsasən, tərkibində erotizm, zorakılıq və qəddarlıq elementləri olan məhsulların, habelə cinsi tərbiyə və seksual maarifləndirici məhsulların istehsalı, dövriyyəsi, nümayişi, icarəsi, satışı və reklamı qaydası haqqında təlimata dəyişiklik edilib. Qətnamədə deyilir ki, pornoqrafiya qeyri-ənənəvi cinsi əlaqənin “müstəqil, qəsdən nümayişini” əhatə edir.

2023-cü ilin iyununda Belarus prezidenti Aleksandr Lukaşenko “qeyri-ənənəvi cinsi münasibətlərin təbliği, cinsiyyətin dəyişdirilməsi, pedofiliya və uşaqsız davranışa” görə inzibati məsuliyyətin tətbiq edilməsini müdafiə etdi.

Eyni zamanda, dövlət başçısı uşaq və gənclər üçün cinsi tərbiyə kursunun tədris prosesinə daxil edilməsi ideyasını dəstəkləyib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki