image-n1karobka_ads
image-123
image-3zitykltb3by2lcdqgxaoqylka6baeaovot1axqd_1200backend

Belarusun baş naziri Zəfər parkını ziyarət edib – FOTO

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Bakıdakı Zəfər parkını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarusun baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

DOĞRU.AZ

image-lisj76duuftvt0qbzppaqqpxs5vxtyzkkpsgtpjd_640 image-zboe5dh5koq5zgxd1pxeuhintzyl5qrfj8sr5wi6_640 image-oajhtjeqyjgj5utzgnctbxnhgjwi4abamer8vo0t_640 image-irgdvkiwxcwjdttw8rrvjkipkpgosovasyzjkdpk_640 image-vpezozfllkardbaritkaxszp021qymp9sizxgxbd_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki