Belçikanın müdafiə naziri Ludivine Dedonder RTL televiziyasında bildirib ki, ölkə 2025-ci ildə Ukraynaya F-16 döyüş təyyarələri göndərməyə qərar verib.
“Belçika hökuməti 2025-ci ilə qədər Ukraynaya F-16 təyyarələri tədarük etmək qərarına gəlib”, – Dedonder Brüsseldə NATO müdafiə nazirlərinin açılış iclasından və Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasından əvvəl deyib.
Bundan əvvəl NATO baş katibinin müavini Mirça Coana Şimali Atlantika Alyansının bir neçə ölkəsinin yaxın vaxtlarda Kiyevə F-16 qırıcıları tədarük edəcəyini bildirmişdi.
Mənbə: A Haber