image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_137083860_l-2015-pic905-895x505-69915backend

Belçika Ukrayna üçün mərmi alınması üçün əlavə vəsait ayırıb

image-728x90px

Belçika Ukraynaya hərbi yardım üçün maliyyəni artırmağa hazırdır.

Bunu Avropa İttifaqının Xarici İşlər və Müdafiə nazirlikləri rəhbərlərinin Lüksemburqda keçirilən görüşü başlamazdan əvvəl xarici işlər naziri Aja Lyabib deyib.

Diplomat vurğulayıb ki, Kiyevə silah tədarükünü sürətləndirmək lazımdır. Lyabibin sözlərinə görə, Brüssel bu təşəbbüs üçün 200 milyon avro ayırıb. Bundan əlavə, krallığın dondurulmuş Rusiya aktivlərinin vergiyə cəlb edilməsindən 1,7 milyard avro fondu var.

“Mən daha bir neçə milyon vəsaitin ayrılmasını müdafiə edəcəyəm, çünki yenidənqurma və inkişafa da investisiya qoymaq lazımdır, lakin prioritet, əlbəttə ki, Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməkdir”, – Belçika Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Mart ayında Belçikanın baş naziri Alexander de Croo bildirmişdi ki, Brüssel müvafiq Çexiya təşəbbüsü çərçivəsində Avropa İttifaqından kənarda Ukrayna Silahlı Qüvvələri üçün sursat alınması üçün 200 milyon avro ayırıb.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki