image-n1karobka_ads
image-ads_n1karobka_mobile
image-img-20260227-wa0045backend

Bələdiyyə torpaqlarının qiymətləndirilməsində ziddiyyət: Sertifikatlı rəy niyə tanınmır?

image-add-a-heading

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı regionlarda müəyyən problemlərin yarandığı bildirilir. Söhbət xüsusilə torpaqların özəlləşdirilməsi və sənədləşdirilməsi zamanı ortaya çıxan qiymət fərqlərindən gedir.

Doğru.az xəbər verir ki, qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə torpaqlarının qiymətləndirilməsi yalnız Dövlət İmtahan Mərkəzi-ndə imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən aparılmalıdır.

Bələdiyyələr torpaq sahələrini satışa çıxararkən və ya vətəndaşlar torpaqlarını sənədləşdirmək istədikdə müstəqil qiymətləndiricilər tərəfindən rəsmi rəy hazırlanır. Lakin bəzi hallarda regionlarda müəyyən edilən qiymətlər sonradan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir və fərqli məbləğlər tətbiq olunur.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti-nin İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov bildirib ki, qanunvericiliyə görə sertifikatlı qiymətləndiricilərin rəyi hüquqi qüvvəyə malikdir və inzibati qaydada qiymətin dəyişdirilməsi düzgün yanaşma sayıla bilməz.

Onun sözlərinə görə, qiymətlərin süni şəkildə artırılması vətəndaşların torpaqlarını rəsmiləşdirməyə marağını azaldır: “Əgər vətəndaşın torpaq sahəsinə 500 manat bazar qiyməti müəyyən olunursa, lakin ondan bir neçə dəfə artıq məbləğ tələb edilirsə, bu, həm sosial narazılıq yaradır, həm də prosesin ləngiməsinə səbəb olur”.

Ekspert hesab edir ki, belə yanaşma dövlət büdcəsinə daxilolmalara da mənfi təsir göstərə bilər. Çünki yüksək ödəniş tələbi səbəbindən vətəndaşlar torpaqlarını sənədləşdirməkdən çəkinir və sənədsiz torpaq problemi daha da dərinləşir.

Fərid Rüstəmov vurğulayıb ki, bu sahədə şəffaflığın təmin olunması və normativ aktların birmənalı tətbiqi həm vətəndaşların hüquqlarının qorunması, həm də torpaq bazarında sabitliyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki