image-2000x150px
image-123
image-ads_atlas
image-melahet_abbasovabackend

Beynəlxalq festival “Sarı gəlin”lə bağlandı

image-728x90px

Qazaxıstanın Aktau şəhərində keçirilən “II Abiş Alemi Teatr Festivalı” Azərbaycanın milli musiqi incisi sayılan “Sarı gəlin” mahnısı ilə bağlanıb. Mahnı Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova tərəfibdən ifa edilib.

Bu barədə AZƏRTAC-a Məlahət Abbasova bildirib. O, ölkəmizi təmsil etməkdən fəxr hissi keçirdiyini deyib.

“Orada səhnəyə çıxıb sadəcə mahnını manoloq şəklində söyləyəcəkdim. Lakin son anda olduğu kimi ifa etmək istədim. Mən müğənni deyiləm, amma buna baxmayaraq, tamaşaçılar tərəfindən çox gözəl qarşılandım. Bu mənim üçün böyük və çox yaddaqalan bir hadisə oldu. Təbii ki, bir azərbaycanlı olaraq bu mənə çox böyük fəxr hissi yaşatdı”, – Əməkdar incəsənət xadimi vurğulayıb.

Qeyd edək ki, türkdilli ölkələrlə yanaşı, Rusiya, Gürcüstan kimi dövlətlərin də iştirak etdikləri festivala Məlahət Abbasova Türkiyə tərəfindən fəxri qonaq qismində dəvət edilib.

Festivalın bağlanış mərasimində iştirakçı ölkələrin rəsmi şəxsləri və Qazaxıstanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki