image-n1karobka_ads
image-123
image-1756903753112182557_1200x630backend

Beynəlxalq Muğam Mərkəzi mövsümə Üzeyir Hacıbəyli əsərləri ilə başlayır

image-ad_qayo_720x110px

Beynəlxalq Muğam Mərkəzi yeni mövsümünü Milli Musiqi Gününə həsr olunmuş geniş konsert proqramı ilə açacaq.

Doğru.az xəbər verir ki, tədbir sentyabrın 18-də keçiriləcək. Konsertdə Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) və Cahangir Cahangirov adına Xor (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) çıxış edəcək.

Proqrama dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri daxildir. Tamaşaçılar bəstəkarın operaları və operettaları əsasında təqdim olunacaq maraqlı kompozisiyaları da izləyə biləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki