image-n1karobka_ads
image-123
image-1544791backend

Bəzi kəndlərdə elektrik enerjisi kəsiləcək

image-add-a-heading

Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Doğru.az xəbər verir ki, sabah “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bu məqsədlə Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.

Təmir işləri ilə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Qeyd edək ki, aparılan işlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların həyata keçirilməsi məqsədi daşıyır. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki