image-n1karobka_ads
image-123
image-66ab724902e8bd2bca222456backend

Blinken Qətərdən İranı HƏMAS liderinin öldürülməsinə görə qisas almamağa inandırmasını istəyib

CNN qaynağı iddia edir ki, ABŞ dövlət katibi Antoni Blinken Qətər hökumətindən İran və Hizbullahı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda törədilən sui-qəsdinə cavab verməməyə inandırmasını istəyib.

Telekanal xəbər verir ki, Blinken bu barədə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tanidən soruşub.

Materialda deyilir ki, Birləşmiş Ştatlar bununla da regionda gərginliyin qarşısını almağa çalışır.

Qətərin baş naziri mesajı çatdırmağa razılıq verib.

Amerikanın “The New York Times” qəzeti bundan əvvəl İranın ali lideri Əli Xamneyinin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə “birbaşa cavab zərbəsi” əmri verdiyi barədə xəbər yayıb.

Jurnalistlər “sərəncamdan xəbərdar olan” üç İran rəsmisinə istinad edirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki