Kiyevdəki barda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken yeni karyerasına hazırlaşır. Bu fikri RİA Novosti agentliyinə müsahibəsində ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skot Ritter bölüşüb.
“Görünür, Blinken, sadəcə olaraq, rok ulduzu kimi gələcək “karyerası” üçün kasting edirdi”, – ekspert zarafat etdi. O, həmçinin qeyd edib ki, Blinken Kiyevdə çıxışı zamanı ABŞ-ın Ukraynaya dəstəyindən və onun müqavimət göstərmək imkanından danışıb, lakin reallıq ondan ibarətdir ki, Ukraynanın münaqişədə qalib gəlmək şansları zəifdir.
Mayın 14-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşlər arasında fasilə zamanı Blinken Kiyev barına gedib və orada yerli qrupla gitara ifa edib.
Mənbə: RİA Novosti