image-2000x150px
image-123
image-ads_atlas
image-335b98135ca30674379be3c9b2cf1219backend

BMT: “İstanbul sazişindən sonra ərzaq məhsullarının qiyməti aşağı düşüb”

image-728x90px

Ukrayna taxılının ixracı ilə bağlı İstanbulda imzalanan razılaşmalar ərzaq qiymətlərinə ciddi təsir göstərib.

Bu barədə avqustun 4-də BMT-nin baş katibi Antonio Quterreş “Ümumi gündəmimiz” adlı hesabatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, İstanbul razılaşmaları qiymətlərin az qala Ukraynadakı müharibənin başlanmasından öncəki səviyyəyə enməsinə səbəb olub.

Qeyd edək ki, avqustun 3-də Ukraynadan ilk ərzaq daşıyan “Razoni” yük gəmisi Bosfor boğazına daxil olub. Gəmi daha sonra gəmi Mərmərə dənizi və Çanaqqala boğazından keçərək Livana – marşrutun son nöqtəsinə gedəcək

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki