BMT-nin baş katibi Antonio Quterres dünyanın Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməyəcəyini deyib və hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Baş katib Hindistanın Nəzarət Xətti və Beynəlxalq Sərhəd üzərindəki hərbi əməliyyatlarından son dərəcə narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkin nümayiş etdirməyə çağırır”.
Mayın 6-da Hindistan Silahlı Qüvvələri Pakistandakı “terror infrastrukturunu” hədəf alan Sindoor əməliyyatına başlayıb. Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Pakistan daha sonra Hindistanın iki Rafale təyyarəsini vurub.
DOĞRU.AZ