image-2000x150px
image-123
image-ads_atlas
image-2024-04-10t112505z_1793767524_rc2i37afqnd9_rtrmadp_3_israel-palestinians-gaza-eid-prayers-pic_32ratio_900x600-900x600-45914backend

BMT Qəzza zolağının yenidən qurulması xərclərini hesablayıb

image-728x90px

Regionun bir çox yerlərində az qala yerlə-yeksan olmuş Qəzza zolağının bərpası üçün 30-40 milyard dollar xərcləməli olacaq.

Bunu BMT-nin Ərəb ölkələri üzrə İnkişaf Proqramının regional bürosunun rəhbəri Abdullah bildirib.

“Beynəlxalq ictimaiyyət İkinci Dünya Müharibəsindən sonra heç vaxt belə bir miqyasla məşğul olmayıb”, – Əl-Dərdari deyib.

BMT nümayəndəsi izah edib ki, Qəzza zolağının bərpası imkanı yalnız regionda sabit atəşkəs əldə edildikdən sonra yaranacaq.

Bundan əvvəl Fələstin Xarici İşlər Nazirliyi baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin Qəzza zolağının tamamilə məhv edilməsini başa çatdırmağı planlaşdırdığını bildirmişdi.

Fələstin Xarici İşlər Nazirliyi əlavə edib ki, İsrail sülh yolu ilə nizamlanmaya dair istənilən beynəlxalq cəhdlərə, həmçinin Qəzza zolağının mülki əhalisinə humanitar yardım göstərmək cəhdlərinə məhəl qoymur və ya buna qarşıdır.

Mənbə:  A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki