image-2000x150px
image-123
image-ads_atlas
image-312605436_490188806492344_5367888143905496034_nbackend

BMT səfiri İrana görə FIFA-ya müraciət etdi

image-728x90px

Dominikanın BMT-dəki daimi nümayəndəliyinin səfiri Paolo Zampolli Beynəlxalq Futbol Federasiyasını (FIFA) futbol üzrə Dünya Çempionatında İran yığmasını İtaliya ilə əvəz etməyə çağırıb.

“Dünya sizdən İranı Dünya Çempionatından diskvalifikasiya etmək üçün təcili tədbir görmənizi tələb edir. Şəxsən mən və bütün dünya arzulayırıq ki, İran diskvalifikasiya edildikdən sonra İngiltərə ilə İtaliya oynasın”, – deyə Zampolli deyib.

Qeyd edək ki, İran millisi İngiltərə, Uels və ABŞ ilə bir qrupda oynamalıdır. Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Hazırkı dünya çempionu DÇ-2018-in həlledici oyununda Xorvatiyanı məğlub edən (4:2) Fransa millisidir.

Xatırladaq ki, bir müddət əvvəl bir qrup iranlı futbolçu və digər idman növləri ilə bağlı şəxslər FIFA-dan İran millisini Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırmağı tələb ediblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki