image-2000x150px
image-123
image-ads_atlas
image-2ytaecgza4ws2vusqeevhkihffipzovtgich1opybackend

Bölgələrdə çəyirtkəkimilərin küpələrinin payız müşahidələri davam etdirilir

image-728x90px

Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Belə ki, noyabr ayının 11-dək  aparılan monitorinqlərin nəticələrinə əsasən, Ağstafa rayonunda 5000 hektarda müşahidə, 2950 hektarda sirayətlənmə, İmişli rayonunda 4271 hektarda müşahidə, 136 hektarda sirayətlənmə, Ağdam rayonunda 270 hektarda müşahidə, 54 hektarda sirayətlənmə, Tovuz rayonunda 2229 hektarda müşahidə, Xocavənd rayonunda 220 hektarda müşahidə, 50 hektarda sirayətlənmə aşkarlanmışdır.  Həmçinin, Küdrü düzünün Saatlı və İmişli rayonlarının ərazisinə düşən hissəsinin 4811 hektar sahəsində müşahidə, 149 hektar sahəsində sirayətlənmə aşkar olunub.

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayından bu günədək respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin küpələrinin payız müşahidələri ilə bağlı 13648 hektarda müşahidə və 3414 hektarda sirayətlənmə müəyyən olunub.

Aqrar Xidmətlər Agentliyini bildirir ki, bölgələrdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin payız müşahidələri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki