Boliviya Prezidenti Luis Arce hesab edir ki, Qərb ölkələri BRİKS-ə qarşı açıq rəqabətdən çəkinir və bu səbəbdən Rusiya ilə qarşıdurmada Ukraynanı dəstəkləməyə davam edir.
Doğru.az xəbər verir ki, bu barədə Arce TASS agentliyinə müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, Qərbin məqsədi Ukrayna müharibəsindən istifadə edərək dünyaya mesaj verməkdir: yeni iqtisadi birliklərin formalaşması qarşısında hazırkı blokların dağılmasına imkan verilməyəcək. Arce bu münaqişəni Qərbin – xüsusilə də Avropa və ABŞ-ın zəifləyən blokunun – inkişafda olan BRİKS icmasına qarşı apardığı müharibə kimi dəyərləndirib.
Qeyd edək ki, daha əvvəl “Bild” nəşri də Qərbin BRİKS təşəbbüslərini öz hegemonluğuna təhlükə kimi gördüyünü yazmışdı.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski isə bəyan edib ki, BRİKS-in yekun bəyannaməsi birqütblü dünyanı müdafiə edənlər və “Qərb şahinləri” üçün ciddi siqnaldır.
DOĞRU.AZ