image-2000x150px
image-123
image-ads_atlas
image-2024-01-31t101642z_548834627_rc2fc5acghso_rtrmadp_3_westafrica-politics-eu-pic_32ratio_900x600-900x600-35742backend

Borrell Putinin andiçmə mərasimində Aİ nümayəndələrinin iştirakına qarşı çıxıb

image-728x90px

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqının (Aİ) nümayəndələrinin Vladimir Putinin andiçmə mərasimində iştirakının əleyhinədir, lakin hazırda vahid mövqe formalaşmayıb.

TASS xəbər verir ki, bunu Aİ-nin diplomatik xidmət nümayəndəsi Piter Stano bildirib.

Onun sözlərinə görə, inaqurasiya mərasiminə Kreml tərəfindən göndərilən dəvətlər Aİ ölkələrinin Moskvadakı nümayəndəliklərinə çatdırılıb.

“Biz indi Aİ üzv dövlətləri ilə cavab formamızı müzakirə edirik. Biz hər zaman çalışırıq ki, xarici siyasətdə mümkün olan hər yerdə koordinasiyalı Aİ yanaşması olsun… Yekun qərar hələ verilməyib”, – Stano bildirib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki