image-2000x150px
image-123
image-ads_atlas
image-598f9328-e965-32d4-852d-39e6609a6577_850backend

“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – pitçinq mərhələsi keçiriləcək

image-728x90px
Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti, pitçinq  mərhələsi 27.04.2021 tarixində saat 10:00 – 15:00-də Azərbaycan Dövlət Film Fondunda keçiriləcək . Bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən aşağıdakı 26 layihə müsabiqənin Münsiflər heyəti tərəfində seçiləcək.

BƏDİİ FİLMLƏR

Təqdim edən şirkətLayihənin adı
1“Oksimedia” MMC“Qələbə bizimdir”
2“İnteraz Media and Broadcasting” MMC“Tanrının nəbzi”
3“Nova Gorica” kino şirkəti“Mənəm, Yusif”
4“Mediamaster” MMC“Vətən aslanları”
5“Mozalan” studiyası MMC“İkinci planetin qırmızı rəngi”
6“Karvan production” MMC“Çamadan”
7“Karvan production” MMC“Arxa cəbhə”
8“YFilm” prodakşın servis“Evə dönüş”
9“Buta” film MMC“Ağdam”
10“Debüt” studiyası“İki gün”
11“Ultra Production” MMC“Hasar”
12“Varyox” MMC“Qayıdış”

 

SƏNƏDLİ FİLMLƏR

Təqdim edən şirkətLayihənin adı
1“Vətən TV” Media şirkəti MMC“General” (Mais Bərxudarov)
2C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası“Fulya”
3C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası“Müharibənin uşaqları”
4“Rakord” MMC“Torpaq və Su”
5“Balans” MMC“Çin olan gizlinlər”
6“Debüt” studiyası“Evimin səsi”
7“Varyox” MMC“Güzgü”
8“Cinema Art”“Ceyranın səyahəti”

 

ANİMASİYA FİLMLƏRİ

Təqdim edən şirkətLayihənin adı
1“Birlik kinostudiyası” MMC“Qarabağ nağılı”
2“OB Film” MMC“Tarix”
3“3 dost” MMC“Qayıtmışam”
4“Pərifilm” MMC“Toxum”
5“NN” film“Toxumun qayıdışı”
6“Azanfilm”“Həyat davam edir”

Bildiririk ki, müsabiqənin Pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr 30 aprel 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Qeyd edək ki, qalib layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Müsabiqənin Münsiflər heyətinin tərkibi aşağıdakı kimidir:

Vaqif Mustafayev (sədr) – Azərbaycan Respublikasının Xalq Artisti, kinorejissor, ssenari müəllifi

Elçin Musaoğlu – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinorejissor

Yavər Rzayev – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinorejissor, ssenari müəllifi

İradə Bağırzadə – prodüser, ssenari müəllifi

Aygün Aslanlı – kino tənqidçisi

Teymur Hacıyev – kinorejissor, prodüser

Rüstəm Fətəliyev – “Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki