Doğru.az xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rio-de-Janeyroda keçirilən BRİKS sammitinin açılışında Ukrayna münaqişəsinin bütün tərəflərini atəşkəs üçün birbaşa dialoqu gücləndirməyə çağırıb.
TASS agentliyinin yaydığı məlumata görə, Lula da Silva bildirib ki, “Ukraynadakı münaqişənin bütün tərəfləri atəşkəsə nail olmaq üçün birbaşa dialoqu dərinləşdirməyə ehtiyac duyurlar.”
Qeyd edək ki, bundan əvvəl Slovakiyanın Baş naziri Robert Fiko, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Serb Respublikasının rəhbəri Milorad Dodik Ukraynanın “Myrotvorets” ekstremist saytının siyahısına daxil ediliblər.
DOĞRU.AZ