image-n1karobka_ads
image-123
image-687a01a002e8bd29d4397b25backend

Britaniya Baş Qərargah rəisi Ukraynaya səfər edib və Sirski ilə görüşüb

image-ad_qayo_720x110px

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Toni Radakin Ukraynaya səfər edib.

Doğru.az xəbər verir ki, Radakin səfər çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski ilə görüş keçirib. Bu barədə məlumatı Ukrayna mətbuatı, xüsusilə STRANA.ua yayıb.

Görüşdə cəbhədəki əməliyyat vəziyyəti və Ukrayna Müdafiə Qüvvələrinin kritik ehtiyacları müzakirə olunub. Nəşr Sirskiyə istinadla qeyd edir ki, danışıqlar zamanı hərbi sahədə əməkdaşlıq və dəstəyin davam etdirilməsi ön planda olub.

Xatırladaq ki, bundan əvvəl Britaniya və Fransa Baş Qərargah rəislərinin Ukraynaya “sülhməramlı qüvvələr”in göndərilməsi imkanlarını da müzakirə etdikləri bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki