Ukrayna gec-tez münaqişənin həlli üçün Rusiya ilə danışıqlar masasına oturmalıdır.
Bu barədə Britaniyanın “Daily Mail” qəzetinə müsahibəsində Böyük Britaniyanın “İslahat” partiyasının lideri Naycel Faraj bildirib.
“Nə vaxtsa, üzbəüz danışıqlar aparılmalıdır”, o vurğulayıb.
Farajın qeyd etdiyi kimi, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə alternativ “daha beş il” mübarizəni davam etdirməkdir.
Partiya rəhbəri Ukrayna ilə bağlı danışıqları qaçılmaz hesab edərək, Ukrayna böhranının həllinin ölkənin parçalanmasına gətirib çıxara biləcəyini istisna etməyib.
Mənbə: Sputnik