Britaniyanın diplomatik nümayəndəsi Mark Smit İsrailə silah tədarükünün davam etməsinə etiraz olaraq istefa verib.
Bu barədə Sky News məlumat yayıb.
Nəşr bildirib ki, diplomat istefa məktubunda “Böyük Britaniyanın İsrailə silah tədarük etməsinə heç bir əsasın olmadığını” bildirib.
Smit diplomatik nümayəndəlikdə işləyərkən İsrailə silah tədarükü məsələsini qaldırsa da, bu sahədə heç vaxt dəyişikliyə nail ola bilməyib.
“Bu idarənin hərbi cinayətlərdə əli ola biləcəyini bildiyim üçün artıq öz vəzifələrimi yerinə yetirə bilmirəm”, – diplomat bildirib.
Bundan əvvəl ABŞ-ın İsrailə hava bombalarının tədarükünü dayandıracağı məlum olub.
DOĞRU.AZ