Daha təkmil radarlara malik Rusiya qırıcı təyyarələri Ukraynanın tezliklə alacağı ABŞ istehsalı F-16 qırıcıları üçün təhlükə yaradacaq.
Bu barədə Britaniyanın “The Economist” jurnalı yazıb.
Məqalə müəllifi F-16-ların Ukraynanın əks-hücumunun ləng getdiyi bir vaxtda cəbhədə kömək edib-etməyəcəyi ilə maraqlanıb.
“Ukraynalı MiQ-29-ların artıq istifadə etdiyi qısa mənzilli idarəolunan bombaların atılması onları daha təkmil radarlara malik rus qırıcıları üçün riskə atacaq”, – nəşr yazır.
Bununla yanaşı, jurnal qeyd edir ki, ABŞ-ın təyyarələrlə birlikdə Ukraynaya uçuş məsafəsi min kilometr olan JASSM raketləri verməsi ehtimalı azdır, ona görə də ukraynalılar yaxın mənzilli raketlərdən istifadə etməli olacaqlar.
Məqalədə o da bildirilir ki, ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etmək üçün təlim keçmək üçün vaxt tələb olunmaqla yanaşı, Silahlı Qüvvələr üçün bu təyyarələri saxlamaq çətinləşəcək.
Mənbə: Haberler.com