Britaniya Xarici İşlər Nazirliyi elitist, keçmişdə ilişib qalmış bir təşkilata çevrildi və London orta səviyyəli bir gücə çevrilməyi qəbul etməlidir.
“The Guardian” xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin keçmiş əməkdaşları hesabatda yazır.
Hesabatda deyilir: “Güclü yeni departament Britaniyaya orta səviyyəli güc roluna uyğunlaşmağa və Xarici İşlər Nazirliyinin “bir qədər elitist və keçmişdə qalmış” kimliyindən çıxmağa kömək edəcək”.
Materialın müəllifləri Nazirlər Kabineti Katibliyinin keçmiş rəhbəri Mark Sedvil, Böyük Britaniyanın Livandakı keçmiş səfiri Tomas Fletçer və Xarici İşlər Nazirliyinin Afrika Departamentinin keçmiş rəhbəri Moazam Malik də ÜDM-in ən azı 2%-nin ayrılması zərurətini bəyan ediblər.
Mənbə: Haber Global