image-ads_n1karobka_mobile
image-whatsapp_image_2026_02_24_at_095316_1771912412backend

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Culfa rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Doğru.az xəbər verir ki, yeni çəkilən 110 kilovoltluq hava elektrik verilişi xəttlərinin istismara verilməsi ilə əlaqədar 35/10 kV-luq Əbrəqunus yarımstansiyasını qidalandıran 35 kilovoltluq “Əbrəqunus” hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Xoşkeşin, Teyvaz, Milax, Ərəfsə, Saltaq, Bənəniyar, Kırna, Ləkətağ və Boyəhməd kəndlərində saat 13:30-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki