image-2000x150px
image-123
image-ads_atlas
image-media-nigdeye_yeni_hakim_ve_sacilar_atandi_h15477_5b56c-i20rlajc1bn5y9wuz6s8backend

Bu gün hakim olmaq istəyənlər imtahan verəcəklər

image-728x90px

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək.

Doğru.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Hakim vəzifəsinə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 418 namizədin iştirakı nəzərdə tutulur.

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 8:30-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10:00-da başlanır.

İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına dörd saat vaxt ayrılır. Hər bir imtahan sualına düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki