image-2000x150px
image-123
image-ads_atlas
image-976392_01backend

Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub

image-728x90px

Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, ədəbiyyat tədbiri iyulun 13-dən 15-dək Şuşa şəhərində keçiriləcək.

Tədbir çərçivəsində Molla Pənah Vaqifin Məqbərəsinin önündə və Azərbaycanın mədəniyyət paytaxtının digər tarixi yerlərində poeziya nümunələri səsləndiriləcək.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin əsası 1982-ci ildə qoyulub. Şuşa ermənilərin işğalı altında olduğu dövrdə bu tədbir keçirilməyib. Ötən il Vaqif Poeziya Günləri bərpa edilib. Mərasim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə keçirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki