image-n1karobka_ads
image-123
image-43401_r0tkx69gc7backend

Bülbüloğludan Rusiyaya təyin olunacaq yeni səfirlə bağlı – Açıqlama

image-ad_qayo_720x110px

Azərbaycanın Rusiyadakı yeni səfiri postuna namizəd hələ müəyyən edilməyib.

Doğru.az xəbər verir ki, bu barədə diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində bildirib.

Bununla belə, 79 yaşlı diplomat sözügedən postda onu əvəz edəcək xələfinə uğurlar arzulayıb.

Xələfinin bu vəzifədə hansı tapşırıqları yerinə yetirəcəyi ilə bağlı suala cavab verən P.Bülbüloğlu qeyd edib: “Ümidvarıq ki, o, hansısa qlobal məsələlərlə məşğul olmayacaq, çünki bu gün bu cür məsələlər mövcud deyil. Lakin iki ölkə arasında gündəlik çox genişdir. Buraya tək siyasi və iqtisadi deyil, mədəni, ictimai, humanitar məsələlər daxildir. Buna görə də, əlbəttə, görüləcək iş çoxdur”.

Xatırladaq ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub. O, sentyabrın 1-i keçiriləcək parlament seçkilərində iştirak edəcək və 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki