Türk pop musiqisinin sevilən ulduzu Buray, 23 noyabr axşamı Heydər Əliyev Sarayında Azərbaycan musiqisevərlərlə görüşəcək.
Doğru.az xəbər verir ki, ifaçı “Senin Yüzünden”, “İstersen”, “Hasret Kalmışız”, “Alaz Alaz” kimi hit mahnıları ilə səhnəyə çıxacaq və pərəstişkarlarına unudulmaz musiqi gecəsi yaşadacaq.
Konsert peşəkar Event Office təşkilatçılığı ilə reallaşacaq. Təşkilatçının yüksək səviyyəli dəstəyi ilə baş tutacaq bu gecə, hər yaşdan musiqi sevənlərin qəlbinə toxunacaq.
DOĞRU.AZ





























