image-1002135771backend

“Caspian Awards 2026”da Sara Əliyevaya “İş xanımı” mükafatı təqdim olunub – FOTO

“Avand Production” tərəfindən təşkil olunan “Caspian Awards 2026” mükafatlandırma layihəsi keçirilib.

Doğru.az xəbər verir ki, “Badamdar Hotel & Residences Baku”da təşkil olunan mükafatlandırma gecəsində il ərzində fəaliyyəti ilə fərqlənən, yadda qalan və peşəkarlığı ilə seçilən şəxslər və şirkətlər mükafatlandırılıb.

Aparıcı Ağa Nadirovun təqdimatında keçirilən tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Cənubi Kiprdən olan iş adamları da mükafatlandırılanlar sırasında yer alıblar.

Tədbirdə fitnes məşqçisi, xoreoqraf, yoqa müəllimi və sağlam həyat tərzinin təbliğatçısı Sara Əliyevaya da “İş xanımı” nominasiyası üzrə mükafat təqdim olunub.

17 illik peşəkar təcrübəyə malik Sara Əliyeva fitnes, xoreoqrafiya, müalicəvi gimnastika və yoqa sahələrində fəaliyyət göstərir. O, həm sağlamlıq, həm də estetik bədən quruluşu istiqamətində peşəkar yanaşması ilə seçilir.

Uzun illər ərzində minlərlə insanın həyatında müsbət dəyişikliklərin yaranmasına töhfə verən Sara Əliyevanın əsas məqsədi insanlara yalnız çəki itirməkdə deyil, sağlam, enerjili və özünəinamlı həyat tərzi formalaşdırmaqda dəstək olmaqdır.

Sara Əliyeva Tibet ustalarından əldə etdiyi bilikləri müasir məşq metodları ilə birləşdirərək özünəməxsus yanaşma formalaşdırıb. Hazırda onun rəhbərliyi altında yüzlərlə tələbə məşq edir və müxtəlif istiqamətlərdə nəticələr əldə edir.

Fərdi yanaşma, peşəkarlıq və insan sağlamlığına xüsusi diqqət Sara Əliyevanın fəaliyyətinin əsas prinsiplərindəndir.

Onun sözlərinə görə, idman sadəcə peşə deyil, həm də həyat fəlsəfəsi, ilham mənbəyi və insanlara fayda vermək yoludur.

DOĞRU.AZ

image-1002135773image-1002135772

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki