image-ads_n1karobka_mobile
image-6866138cae5ac97c6d4d6487backend

Cənubi Koreya Prezidenti: KXDR ilə dialoqun kəsilməsi axmaqlıqdır

image-add-a-heading

Doğru.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Myunq Şimali Koreya ilə dialoqdan tamamilə imtinanı “axmaqlıq” adlandırıb.

Dövlət başçısı bu fikri prezident kimi fəaliyyətinin 30-cu günündə keçirdiyi mətbuat konfransında səsləndirib. O bildirib ki, diplomatiya hətta müharibə zamanı da davam etməlidir:

“Yüz il əvvəl də belə idi, min il əvvəl də. Dialoqdan tamamilə imtina etmək əsl axmaqlıqdır,” – deyə Li Çje Myunq vurğulayıb.

Prezident əlavə edib ki, təmaslar qarşılıqlı faydanı artırmaq və zərəri azaltmaq üçün mühüm vasitədir. O, həmçinin KXDR ilə gərginliyin tədricən azaldılmasının zəruriliyini qeyd edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki