image-n1karobka_ads
image-123
image-depositphotos_1940966_l-2015-pic905-895x505-75566backend

Cənubi Koreyada keçirilən parlament seçkilərində əsas müxalifət partiyası qalib gəlib

image-ad_qayo_720x110px

Cənubi Koreyanın əsas müxalifət qüvvəsi olan Toburo Demokratik Partiyası 254 birmandatlı seçki dairəsində səsvermənin nəticələrinə əsasən ölkə parlamentindəki yerlərin əksəriyyətini əldə edib.

Bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi Mərkəzi Seçki Komissiyasının məlumatlarına istinadən məlumat yayıb.

Protokolların 99,7%-i işləndikdən sonra məlum olub ki, Toburo 161 seçki dairəsində qalib gəlib və onun əsas rəqibi olan prezidentlik partiyası Vətəndaş Gücü cəmi 90 yer qazanacaq.

Qalan 46 deputat mandatı partiya siyahıları üzrə səsvermənin nəticələrinə uyğun olaraq bölüşdürüləcək. Siyahılar üzrə səsvermədə ölkənin iki əsas partiyası əvəzinə onların peykləri iştirak edib.

Dörd il əvvəl keçirilmiş əvvəlki parlament seçkilərində Toburo ümumilikdə 180 deputat mandatı qazanmışdı.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki