Cənubi Koreyalılar bu gün yeni Milli Assambleyanı seçmək üçün sandıq başına gedirlər.
Bu barədə “İnterfaks” yazır.
Səsvermə yerli vaxtla saat 06:00-da başlayacaq və 18:00-a qədər davam edəcək. Seçkilərdə ümumilikdə 300 deputat seçiləcək, onlardan 254-ü birbaşa seçiləcək, qalan 46 yer isə aldıqları səslərin ümumi sayına görə partiyalar arasında bölüşdürüləcək.
Mənbə: İnterfaks
Əsas rəqabət hazırda azlıq hökumətinə nəzarət edən Xalqın Gücü partiyası ilə hazırda parlamentdəki 300 yerdən 142-nə sahib olan Demokrat Partiyası arasındadır.