image-n1karobka_ads
image-123
image-17468207235463435612_1200x630backend

Çex Respublikasında Heydər Əliyevin büstü açılıb – FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 9-da Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyində Ulu Öndərin büstünün açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin kollektivi, Çexiyadakı diaspor təşkilatları fəalları və ölkə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimin əvvəlində iştirakçılar tərəfindən Heydər Əliyevin büstünün önünə əklil qoyulub. Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi rəhbərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Mərasimdə çıxış edən səfir Yaşar Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Tarixin ən mürəkkəb anlarında onun apardığı uzaqgörən və müdrik siyasət bu gün Azərbaycanın müstəqil və güclü olmasına zəmin yaradıb. Səfir Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərini qeyd edərək, müstəqil, güclü və əzəmətli Azərbaycan dövlətinin qurulması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanı Çexiyadakı səfirliyinin binasında açılmış Ümummilli Lider Heydər Əliyevin büstünün müəllifi dünyaşöhrətli heykəltaraş Sergey Eylanbekovdur. Ulu Öndərin Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin binasında və BMT yanındakı Daimi Nümayəndəliyində açılmış büstləri də S.Eylanbekovun əsərləridir.

DOĞRU.AZ

image-17468207236041244897_1200x630image-17468207235463435612_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki