Çexiya hökumətində Avropa məsələləri üzrə nazir Martin Dvorak bildirib ki, dünyada vəziyyət İkinci Dünya Müharibəsi ərəfəsində baş verənləri xatırladır.
O, bu fikri “El Pais” qəzetinə müsahibəsində Slovakiyanın baş naziri Robert Fiko ilə baş verənləri şərh edərkən bildirib.
O qeyd edib ki, dünyada nifrət və düşmənçilik güclənir.
“Ümid edirəm ki, bizi İkinci Dünya Müharibəsi təcrübəsini təkrarlamağa məhkum etməyəcəklər. Gəlin kifayət qədər ağıllı olaq və bir daha baş verməmiş bunu dayandırmağa çalışaq”, – Dvorak bildirib.
Nazir hesab edir ki, iyun seçkilərindən sonra Avropa Parlamentində daha çox millətçi peyda olarsa, Aİ “nə səhv etdiyini” düşünməlidir.
Mənbə: A Haber