image-ads_n1karobka_mobile
Ceyhun Bayramov Mövlud Çavuşoğlunu təbrik etdi – FOTObackend

Ceyhun Bayramov Mövlud Çavuşoğlunu təbrik etdi – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunu dənizçilərin xilas olunması münasibətilə təbrik edib.

Doğru.az xəbər verir ki, bu barədə XİN rəhbəri tvitterdə paylaşım edib.

“Dəniz quldurlarının hücumuna məruz qalan və əsir götürülən 15 Türkiyə vətəndaşının azad olunması xəbəri bizi çox sevindirdi. Türkiyəli qardaşlarımızı və onların ailələrini, habelə dənizçilərin azad olunmasında xüsusi əməyi olan qardaşım Mövlud Çavuşoğlunu ürəkdən təbrik edirəm”, – xarici siyasət idarəsinin rəhbəri duyğularını bölüşüb.

Qeyd edək ki, bu gün Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” gəmisində girov götürülən 15 türkiyəli dənizçi xilas edilib. Onlar 2-3 gün içərisində İstanbula gətiriləcəklər.

Xatırladaq ki, Qvineya körfəzində “Mozart” konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki