image-ads_n1karobka_mobile
Ceyhun Bayramov Pakistana gedirbackend

Ceyhun Bayramov Pakistana gedir

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.

XİN-dən “Doğru.az”a verilən məlumata görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan, Türkiyə və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki