Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Baş naziri Miloş Vuçeviçlə görüşüb.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Ceyhun Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma işləri və sülh səyləri barədə qarşı tərəfi məlumatlandırıb.
DOĞRU.AZ