Doğru.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüş barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.
Qeyd edək ki, Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton Azərbaycana iki günlük səfərə gəlib.

























