image-n1karobka_ads
image-123
image-6800f84202e8bd4e9a24c0e0-1backend

Çijov: İranla strateji tərəfdaşlıq sazişi hərbi ittifaq yaratmır

Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin birinci müavini Vladimir Çijov RT telekanalına müsahibəsində Federasiya Şurası tərəfindən İranla Strateji Tərəfdaşlıq Sazişinin ratifikasiyasına münasibət bildirib.

Həmsöhbət qeyd edib ki, sənəd dövlətlər arasında münasibətləri müxtəlif sahələrdə əməkdaşlığın yeni səviyyəsinə çıxarır.

“Bu, məsələn, heç bir tərəfin öz ərazisinin üçüncü tərəfin, yəni təcavüzkarın digər tərəfə qarşı istifadəsinə icazə verməyəcəyinə dair qarşılıqlı təminatları ehtiva edir”, – Çijov deyib.

Eyni zamanda o, ölkələrin hərbi ittifaq yaratmadığını vurğulayıb.

“Sənəddə hərbi sahədə, eləcə də hərbi-texniki yardımda əməkdaşlığa dair müddəaların olmasına baxmayaraq, onun (müqavilə) hərbi ittifaq yaratmaması vacibdir”, – Çijov əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki