image-2000x150px
image-123
image-ads_atlas
image-81986e5c-5e1b-44c0-a3d0-9633ebe69be3_89f83d13-pic_32ratio_900x600-900x600-95061backend

Çin ABŞ-dan onun hüquq və maraqlarına hörmət etməyi tələb edib

image-728x90px

Çinin müdafiə naziri Donq Jun Amerika rəhbərliyindən ölkəsinin hüquqlarını və milli maraqlarını nəzərə almağı tələb edib.

Bu barədə Çin hərbi idarəsinin rəsmi saytında məlumat verilib.

Nəşr qeyd edir ki, Donq Jun müvafiq açıqlamanı Pentaqon rəhbəri Lloyd Ostinlə söhbəti zamanı verib. Onun sözlərinə görə, Vaşinqton Pekinin regiondakı vəziyyətlə bağlı qəti mövqeyini tanımalıdır.

“Birləşmiş Ştatlar Çin Xalq Respublikasının ərazi suverenliyinə, onun Cənubi Çin dənizindəki dəniz hüquqlarına və maraqlarına həqiqətən hörmət etməlidir”, – nazir vurğulayıb.

Aprelin 16-da Donq Jun ABŞ-ın hazırkı müdafiə naziri ilə ilk dəfə danışıqlar aparıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki