image-2000x150px
image-123
image-ads_atlas
image-rtx70wsp-pic905-895x505-83145backend

Çin ABŞ-la hərbi dialoqu bərpa etməyə razılaşıb

image-728x90px

Çin ABŞ-la hərbi sahədə siyasi və əməliyyat səviyyələrində dialoqu bərpa etməyə razılaşıb. TASS xəbər verir ki, bu barədə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpinq arasında aparılan danışıqlara həsr olunmuş mətbuat brifinqində bildirib.

Rəsminin bəyanatını Ağ Evin mətbuat xidməti yayıb. Onun sözlərinə görə, Çinin razılaşması səhvlərin, qəsdən olmayan hərəkətlərin qarşısını almaq üçün mexanizmlərin yaradılmasına gətirib çıxaracaq və hər iki tərəfin bu sahədə istənilən məsələ ilə bağlı öz narahatlığını ifadə edə biləcəyi platformalar təqdim edəcək.

Əldə olunmuş razılaşmalara uyğun olaraq, ABŞ müdafiə naziri Lloyd Ostin Pekin bu vəzifəyə təyin olunduğunu elan etdikdən sonra çinli həmkarı ilə görüşəcək. Yaxın bir neçə həftə ərzində danışıqlar bazası yaradılacaq. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və ABŞ-ın Sakit Okeandakı qüvvələrinin komandanı da çinli həmkarları ilə qarşılıqlı əlaqədə olacaq.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki