Çin Dağıstanda törədilən terror aktları nəticəsində yaralanan və həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib. Onun sözləri diplomatik departamentin saytında yer alıb.
“Çin terrorizmin bütün formalarına qarşıdır, mülki şəxslərə və hüquq-mühafizə orqanlarına qarşı vəhşicəsinə hücumları pisləyir, həlak olanlara, yaralananlara və onların ailələrinə dərin hüznlə başsağlığı verir”, – diplomat bildirib.
Bundan əvvəl “Alfa” antiterror bölməsinin veteranı Sergey Qonçarov “Vzqlyad” qəzetinə müsahibəsində bildirib ki, terrorçular yerli sakinlərdir, ona görə də onlar yaşadıqları ərazidə və regionda həyatın xüsusiyyətlərini bilirlər.
DOĞRU.AZ