image-ads_n1karobka_mobile
image-9-pic_32ratio_1200x800-1200x800-67847-1backend

Çin dəniz və hava yolu ilə Tayvana yaxınlaşıb

image-add-a-heading

Tayvan silahlı qüvvələri bir gün ərzində adaya yaxınlaşan Xalq Azadlıq Ordusunun (XOQ) 19 təyyarəsi və 6 gəmisini qeydə alıb.

Tayvanlı müşahidəçilərin fikrincə, altı təyyarə “Tayvan boğazının orta xəttini keçərək adanın şimal, cənub-şərq və cənub-qərbindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub”. Bunlara Y-8 sualtı qayıq əleyhinə elektron kəşfiyyat təyyarəsi, TB-001 pilotsuz uçan aparatı, H-6 strateji bombardmançı, KJ-500 erkən xəbərdarlıq təyyarəsi və Z-9 anti-sualtı helikopteri daxildir.

Cavab manevrlərində Tayvan ordusu öz qüvvələrindən: təyyarələr, gəmilər, eləcə də hədəfləri izləmək üçün yerüstü zenit-raket sistemlərindən istifadə edib.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki