image-2000x150px
image-123
image-ads_atlas
image-20101120_zaf_x99_074-pic_32ratio_900x600-900x600-9514backend

Çin və Pakistan Çinin şimal-qərbində təlimlər keçirəcək

image-728x90px

Çin və Pakistan Hərbi Hava Qüvvələri (HHQ) Çinin şimal-qərbində “Qəhrəmanlıq Qartalı – 10” birgə təlimləri keçirəcək.

Reuters xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi WeChat sosial şəbəkəsində məlumat yayıb.

Çin Müdafiə Nazirliyinin bəyanatına görə, manevrlər Cyuquan (Qansu əyaləti) və İnçuan (Ninxia Hui Muxtar Rayonunun inzibati mərkəzi) şəhərləri yaxınlığında keçiriləcək. Təlimlərin avqustun sonundan sentyabrın ortalarına kimi baş tutacağı və iki ölkənin orduları arasında praktiki əməkdaşlığın dərinləşməsinə, eləcə də real döyüş hazırlığının səviyyəsinin yüksəldilməsinə kömək edəcəyi gözlənilir.

Bundan əvvəl Çin Ordusunun Döyüş Komandanlığının Şərq Bölgəsinin sözçüsü Şi Yi bildirib ki, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Tayvan adası yaxınlığında hərtərəfli təlimlər keçirib. O qeyd edib ki, bu manevrlər Tayvanın müstəqilliyini dəstəkləyən “separatçı qüvvələrə ciddi xəbərdarlıq” olmalıdır.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki