Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çin mallarına həddindən artıq yüksək tariflər tətbiq etmək planlarını heç bir real iqtisadi əhəmiyyəti olmayan “rəqəm oyunu” adlandırıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Biz müvafiq hesabatları nəzərə almışıq: “Bəs 245%-lik rəqəmin haradan qaynaqlandığını Amerika tərəfindən soruşmalısınız”, – mesajda deyilir.
Çin tərəfi qeyd edib ki, Vaşinqton tariflərdən təzyiq və siyasi məcburiyyət aləti kimi istifadə edir.
“Əgər ABŞ Çinin hüquq və maraqlarını ciddi şəkildə pozmaqda davam edərsə, Çin qətiyyətli əks tədbirlər görəcək və sona qədər mübarizə aparacaq”, – XİN əlavə edib.
DOĞRU.AZ