Fələstin-İsrail münaqişəsi yaxın günlərdə daha da şiddətlənəcək. Bu qənaətə Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin eksperti Ven Şaobiao gəlib.
O qeyd edib ki, İsrail artıq hərbi səfərbərlik həyata keçirib və bu, mümkün eskalasiyadan xəbər verir. Eyni zamanda ekspert Misir və ABŞ-ın vasitəçiliyi ilə bir neçə həftə ərzində regionda vəziyyətin yaxşılaşacağını proqnozlaşdırıb.
Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun administrasiyası Fələstin-İsrail münaqişəsi ilə bağlı “həmişə sərt olub”.
“Netanyahu bu hücuma qətiyyətlə cavab verməsə, ciddi siyasi böhranla üzləşəcək”, – deyə Wen bildirib.
Mənbə: Lenta.ru