image-ads_n1karobka_mobile
image-676987aaae5ac91a5a3ee0a7backend

Çində bir məhkəmə məktəbin qarşısında avtomobillə insanların üstünə gələn şəxsə ölüm hökmü çıxarıb

image-add-a-heading

Çin sakini Huanq Ven mərkəzi Hunan əyalətində məktəbin qarşısında avtomobillə insanların üzərinə sürdüyü üçün ölüm cəzasına məhkum edilib.

Bu məlumatı RİA Novosti Çanqde şəhərinin aralıq şəhər məhkəməsinə istinadən yayıb.

Qeyd olunur ki, təqsirləndirilən şəxsin cəzası iki il təxirə salınıb. Bundan əlavə, o, ömürlük siyasi hüquqlarından məhrum edilib.

Noyabr ayında Çinin mərkəzində bir avtomobilin ibtidai məktəbin qarşısında insanların üzərinə sürdüyü , bir neçə uşağın yaralandığı bildirilmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki