image-ads_n1karobka_mobile
image-673c2391ae5ac9149c29f0cebackend

Çində məktəbin yaxınlığında avtomobilin insanları vurması nəticəsində bir neçə uşaq xəsarət alıb

image-add-a-heading

Noyabrın 19-da səhər saatlarında Çinin mərkəzi Çanqde şəhərində avtomobil ibtidai məktəbin qarşısında insanların üzərinə sürüb.

Bu barədə Çin Xalq Respublikasının Mərkəzi Televiziyası məlumat yayıb . Çoxlu məktəbli yaralanıb, onların dəqiq sayı göstərilmir. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

RİA Novosti-nin yerli KİV-ə istinadən verdiyi məlumata görə , sürücünü hadisə yerində şagirdlərin valideynləri və məktəbin təhlükəsizlik işçiləri saxlayıb. Kişinin motivləri məlum deyil.

Bundan əvvəl Çinin Çjuhay şəhərində yolsuzluq avtomobilinin izdihamı vurması nəticəsində 35 nəfər ölüb , 43 nəfər yaralanıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki