image-n1karobka_ads
image-123
image-22223-pic_32ratio_900x600-900x600-33782backend

Çində pişik və itlər üçün avtomatlar peyda olub

image-ad_qayo_720x110px

Çinin bir neçə şəhərində ev heyvanları satan avtomatların quraşdırılması ictimaiyyətin qəzəbinə səbəb olub. Bu barədə Oddity Central yazır.

Kiçik qapalı bölmələrdə kilidlənmiş pişiklərin, kiçik itlərin və gəmiricilərin videoları Çin sosial mediasında yayılıb.

Pekində lentə alınan videoda şəffaf kameralarda yatan pişikləri görmək olar, onların ölçüsü heyvanların ancaq dönməsinə imkan verir. Avtomat Çində canlı ev heyvanları satan ilk maşın kimi elan edildi, lakin bir neçə istifadəçi Çinin digər şəhərlərində də oxşar stendlər gördüklərini qeyd etdi.

Daha sonra Çin mediası bu məlumatı təsdiqləyib və bu maşınları istehsal edən şirkətlərin reklamlarını göstərib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki